Bakıda FACİƏ: Daha bir süpürgəçi yol qəzasının qurbanı oldu

Bakıda FACİƏ: Daha bir süpürgəçi yol qəzasının qurbanı oldu


Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ONN media avtosfer.az-a istinadən xəbər verir ki, dekabrın 16-ı səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində hərəkət edən "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolda xidmət aparan süpürgəçi qadını vurub. Qəza nəticəsində piyada yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə prospektəki işıq dirəkləri sönülü vəziyyətdə olub.
Geri qayıt