Bakıda tələbə pakistanlını döyərək qarət etdi

Bakıda əcnəbi qarət edilib. ONN media xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, R.Behbudov küçəsi 13 ünvanındakı hosteldə baş verib. Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Asad Mühammed Bin polisə müraciət edərək bildirib ki, həmin hosteldə olarkən Pakistan vətəndaşları - Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, 1998-ci il təvəllüdlü Mahmood Salman və 1998-ci il təvəllüdlü Munir Shaqaib 700 avro pulunu oğurlayıb. Daha sonra Mahmood Salman onu döyüb. Faktla bağlı araşdırma aparılır.