Moskvada qanlı hücum: Putinə məlumat verildi

Rusiyanın paytaxtı Moskvada, Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yaxınlığında silahlı atışma baş verib. ONN media xəbər verir ki, hadisədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Təfərrüatlar açıqlanmır. *** Atışmada ölən şəxs FTX əməkdaşıdır. Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Daha iki FTX əməkdaşının isə yaralandığı bildirilib. *** Rusiya Prezidenti Vladimir Putin hazırda Moskvanın mərkəzində baş verən olayla bağlı operativ məlumatlar əldə edir. Bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib. https://www.youtube.com/watch?v=ebzs0C7rLR4&feature=emb_title