Baş nazir elə bir etiraf etdi ki...

Britaniya baş naziri Boris Conson Rusiya ilə bağlı mövqeyini dəyişib. ONN media xəbər verir ki, "The Spectator" jurnalına açıqlama verən Conson, Rusiyaya qarşı fikrinin dəyişdiyini bildirib: "Hesab edirəm ki, Rusiya ilə münasibətlər yenidən qurula bilər. Rusiya böyük dövlətdir. Britaniya ilə birlikdə faşizmlə mübarizədə əməkdaşlıq edib". Qeyd edək ki, baş nazir daha əvvəl Rusiyanın Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun nəticələrinə təsir göstərməyə çalışması barədə iddiaları rədd etmişdi. O, bu fikri "Bermud üçbucağı" ilə müqayisə etmişdi.