Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Seçki məntəqələrinin təqribən 92 faizindən daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. M.Pənahov vurğulayıb ki, şikayətlər dairə seçki komissiyalarında baxılmalıdır: "Növbəti mərhələdə isə Dairə Seçki Komissiyasının qərarından narazı qalanlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər. Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq. Araşdırmalardan sonra yekun olaraq bununla bağlı qərar qəbul edəcəyik".

Geri qayıt