Şəkidə meşə ərazisində yanğın

Şəki şəhərinin Kiş kəndində, meşə ərazisində 0,5 ha sahədə kol-kos, ağac kötükləri və xəzəl yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, meşə yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən söndürülüb.