Somalidə terror aktı törədilib

Somalidə terror aktı törədilib

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. ONN media xəbər verir ki, bu barədə Respublika Federal Parlamentinin üzvü Abdurazak Məhəmməd öz “Twitter” səhifəsində məlumat verib. O qeyd edib ki, terror zamanı həlak olanların sayı 90 nəfərdən çoxdur. Ölənlərin arasında 17 polis əməkdaşı, 73 mülki şəxs və 4 əcnəbi var. Bölgədə fəaliyyət göstərən terrorçu qrupların heç biri baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib. Ölənlər arasında 2 Türkiyə vətəndaşı olduğu deyilir.

Geri qayıt