Günlərdir axtarışda olan məşhur aktyorun cəsədi tapıldı

Günlərdir axtarışda olan aktyorun cəsədi tapılıb. ONN media xəbər verir ki, Bollivudun məşhur aktyoru Kushal Punjabinin cansız bədəni Mumbaydəki evində aşkarlanıb. 37 yaşlı aktyorun intihar etdiyi məlum olub. O, 3 yaşlı oğluna intihar məktubu da yazıb. Aktyor ölümünə görə kimsənin məsuliyyət daşımadığını məktubunda qeyd edib. Qeyd edək ki, 1995-ci ildə rəqqaslıqla şöhrət qazanan Kushal sonradan onlarla filmə çəkilib. (Milli.az)