Roma Papası üzr istədi - SƏBƏB İSƏ...
Roma Papası Fransisk Vatikanda dini ayin zamanı qadına qarşı sərgilədiyi sərt davranışına görə üzr istəyib. ONN media xəbər verir ki, o bildirib: “Bəzən səbrimizə hakim ola bilmirik. Pis davranış sərgilədiyimə görə üzr istəyirəm”. Xatırladaq ki, Papa "Müqəddəs Pyotr" meydanında insanlarla görüşərkən, qadın onun əlindən tutub və buraxmaq istəməyib. Fransisk isə həmin qadından uzaqlaşmaq üçün ona bir neçə dəfə zərbə endirib.
