Arda Turan yenidən ata olacaq

Aslıhan Doğanla evli olan məşhur futbolçu Arda Turan ikinci dəfə ata olacaq.
ONN media xəbər verir ki, bu barədə “Tv 8”də yayımlanan “Gel konuşalım” verilişində məlumat verilib. Bildirilib ki, hamiləliyinin 4-cü ayını yaşayan Aslıhan Doğanın körpəsinin cinsiyyəti bəlli olub. Onun futbolçudan daha bir oğlu dünyaya gələcək.
Xatırladaq ki, cütlüyün bir yaşlı oğlu var.