SON SAAT: İran ÇALXALANIR - 10 minlərlə insan ayağa qalxdı və...

İranda cümə namazından sonra minlərlə insan küçələrə çıxıb.
ONN media xəbər verir ki, nümayişçilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə etiraz edib. ABŞ-a qarşı şüarlar səsləndirən etirazçılar, yürüşlər təşkil edib. Aksiya paytaxt Tehranla yanaşı, Kirman, Qum və digər şəhərlərdə də təşkil olunub.
Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.