Fahriye Evcenin arıqlama SİRRİ

Türkiyəli aktrisa Fahriye Evcen 12 kiloqram arıqlayıb.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, oğlu doğulduqdan sonra aldığı artıq çəkilərinə görə tənqid olunan aktrisa, 8 ayın sonunda yenidən əvvəlki görünüşünə qayıdıb. Doğuşdan sonra Evcen oğlunu ana südü ilə bəslədiyi üçün ciddi pəhrizlərdən uzaq durub.
Daha sonra akrisa xüsusi pəhriz proqramı ilə artıq çəkilərindən qurtula bilib.
“Posta” nəşrinin əldə etdiyi məlumata görə, Evcenin pəhrizi aşağıdakı kimi olub.
O, un, duz, şəkərdən uzaq durub. Rasionunda karbohidratlara çox az yer verib. Fahriye hazır qidaların əvəzinə təbii qidalanmaya üstünlük verib. Əsasən tərvəzərlə qidalanan aktrisa, gündə 2 litr su içib. Evcenin evində şəxsi idman zalı var. O, gündəlik pilateslədə məşğul olur.