Rusiya və Türkiyə xarici işlər nazirləri telefonda danışdılar

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı keçirilib. ONN media bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib. Məlumata əsasən, danışıq zamanı Suriyadakı nizamlanma və Liviyadakı vəziyyət müzakirə olunub:
"Suriyanın nizamlanması və Liviyadakı vəziyyətə də ən yüksək səviyyədə qarşıdakı təmaslara hazırlıq kontekstində toxunulub".