İraqda gözlənilməz hadisə

İraqda gözlənilməz hadisə

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqdan çıxacaq.

ONN media xəbər verir ki, koalisiya qüvvələri bu barədə İraqın Müdafiə Nazirliyinə məlumat verib. Açıqlamaya görə, qüvvələrin çəkilməsi üçün hazırlıqlar artıq başlayıb.

Qeyd edək ki, Bağdadda iranlı generalın öldürülməsindən sonra, İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılması barədə qərar qəbul edib. ABŞ adminstrasiyası isə koalisiya qüvvələrindən fərqli olaraq qərara etiraz edib və Bağdadı sərt sanksiyalarla hədələyib.

Geri qayıt