Daha bir ölkə İraqı tərk etdi

Daha bir ölkə İraqı tərk etdi

NATO qüvvələri çərçivəsində İraqda xidmət edən Xorvatiya ordusunun əsgərləri ölkəni tərk edib.

ONN media xəbər verir ki, bu barədə Xorvatiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, xorvat hərbçilər İraqdan Küveytə köçürülüb. Bildirilir ki, Xorvatiya bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar belə addım atıb.

Qeyd edək ki, İraqda Xorvatiya ordusunun 14 hərbçisi xidmət edirdi. Bundan əvvəl Kanada ordusu İraqdan çıxacağını bəyan edib.

Geri qayıt