Yapon bankları əməkdaşlarını İrandan çıxarır

Yaponiyanın böyük bankları “Mitsubishi UFJ Financial Group”, “Sumitomo Mitsui Financial Group” və “Mizuho Financial Group” Yaponiya vətəndaşlığı olan şəxslərə Tehranı tərk etmək barədə tapşırıq verib. ONN media xəbər verir ki, bu barədə məlumatı NHK televiziyası yayıb. Məlumata görə, qərar Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ucbatından qəbul edilib. Bu bankların əməkdaşlarından İranla qonşu ölkələrə səfərlərdən imtina etmələri də tələb edilib.