Tehranda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT

İranın Mülki Aviasiya şirkəti Tehranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarə ilə bağlı yeni məlumatlar yayıb. ONN media xəbər verir ki, açıqlamaya görə, təyyarə qəzaya uğrayarkən pilotlar həyəcan siqnalı verməyib. Onlar heç bir kömək tələb etməyiblər. Məlumata görə, qəza nəticəsində laynerin hər iki “qara qutusu” zədələnib. Bildirilib ki, beynəlxalq qaydalara uyğun olaraq, qəza zamanı ölən sərnişinlərin vətəndaşı olduğu ölkələrə araşdırmada yer almaları üçün dəvət göndərilib. Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.