Ağır qəzaya düşdüyü deyilən Vüqardan AÇIQLAMA

Ağır qəzaya düşdüyü deyilən Vüqardan AÇIQLAMA

“Hazırda atamın Qax rayonundakı evindəyəm, sağ-salamatam” ONN media  xəbər verir ki, bu barədə müğənni Vüqar Muradov özü məlumat verib. O, bildirib ki, barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir: “Ailə üzvlərimizlə oturmuşuq. Həmin hadisə ilə bağlı sosial şəbəkədən məlumat almışam. Qəza xəbərində yayılan fotonun mənə oxşarlığı var. O cümlədən qəzaya düşən şəxsin adı Vüqar, soyadı da Muradovdur. Belə oxşarlıq sadəcə bir təsadüfdür. Yenə də deyirəm - hazırda doğulub boya-başa çatdığım Qax rayonundayam”. Qeyd edək ki, sosial şəbəkələrdə mügənni Vüqar Muradovun qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb.//Report.az

Geri qayıt