Dünya ulduzu dəhşətli xəstəliyə tutuldu

Kanadalı ulduz müğənni Castin Biber Laym xəstəliyinə tutulub. ONN media xəbər verir ki, bu haqda müğənni öz "Instagram" profilində məlumat yayıb. O bildirib ki, çoxları onun pis görünüşünə baxaraq, metamfetamin (narkotik maddə) aludəçisi olduğunu söyləyirmiş: "Bu şəxslər bilmədilər ki, əslində mən Laym xəstəliyinə tutulmuşam. Bununla yanaşı, məndə xroniki mononukleoz da aşkarlanıb. Bu xəstəliklər mənim dərimə, beynimə, enerjimə, ümumilikdə bütün bədənimə təsir etdi".