Şamaxıda BƏDBƏXT HADİSƏ: 2-ci sinif şagirdini...

Şamaxıda BƏDBƏXT HADİSƏ:  2-ci sinif şagirdini...

Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media bildirir ki, hadisə bu gün Şamaxı şəhər 5 saylı tam orta məktəbin qarşısında baş verib. Şamaxı sakini, 2012-ci il təvəllüdlü Hidayətzadə Asya Kamil qızı oxuduğu məktəbdən çıxaraq evə gedərkən yolu keçən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Hadisə zamanı 2-ci sinif şagirdi ağır kəllə-beyin travması alıb, qolu sınıb. Yaralı Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt