Qucaqlaşmağın inanılmaz - 11 FAYDASI

Alimlər qucaqlaşmağın faydalarını açıqlayıb. ONN media qucaqlaşmağın 11 üstünlüyünü təqdim edir. 1. Stressi azaldır Tədqiqatlar göstərir ki, qucaqlaşmaq kimi adi təmas stressi əhəmiyyətli dərəcədə azaldır. Gün ərzində 1 təmas kifayətdir. Bundan əlavə, qucaqlaşmaq zehni sağlamlığı da gücləndirir. 2. Narahatlığı azaldır 3. Uşaqları daha sağlam formalaşdırır Qucaqlaşma və emosional yaxınlıq "koronar arteriya" xəstəliyinə qarşı təsirli olur. 4. Hər yaş qrupundan olan insanı soyuqdəymədən qoruyu Araşdırmalara görə, bir-birinə mütəmadi sarılan insanlar daha az xəstələnir. 5. Ağrıları azaldır Xroniki ağrıdan əziyyət çəkən insanlar problemdən qucaqlaşmaqla qurtula bilər. Həmin an ifraz olunan endorfin hormonu beyindəki opioid reseptorlarını aktiv edərək ağrını minimuma endirir. 6. Xüsusilə boyun və çiyin ağrısını azaldır Endorfinlə yanaşı dofamin də qucaqlaşma prosesində ifraz olunan hormonlar arasındadır. Dopamin eyni zamanda rahatlaşmış bədən mənasını verir. Bu sayədə boyun və başdakı əzələ sıxılmaları dayanır, sinir və qan damarlarındakı təzyiq azalır, qan axışı yaxşılaşır. Əzələ hərəkət diapazonu inkişaf edir və beləcə ağrı minimallaşır. 7. Bədəniniz daha çox "sevgi hormonu" ifraz edir "Yaxşı hiss etmə" hormonu olaraq da bilinən oksitosin sarılma ilə birlikdə yüksək miqdarda ifraz olunur. Sarılmaq stress hormonu olan kortizolun səviyyəsini aşağı salır və oksitosinin miqdarını artırır. 8. Qan təzyiqini aşağı salır Qan təzyiqinin aşağı düşməsi ürəklə bağlı narahatlıqların və xroniki sağlamlıq problemlərinin azalması deməkdir. 9. Ürək ritmini yavaşladır Qucaqlaşma prosesi ürək ritmini yavaşladıb adrenalin səviyyəsini azaldır. 10. Münaqişələrin həllinə kömək edə bilər Tədqiqatlara görə, sarılmaq münaqişə əsnasında və sonrasında müsbət hisslərin artmasına köməkçi ola bilir. 11. Fəlsəfi böhranlardan qoruya bilər Həyatın mənasına, ya da faniliyinə dair fikirlər beyninizi yorursa sarılmağı sınayın.(publika)