Filippində vulkan püskürüb - əhali təxliyə olunur

Filippin hakimiyyəti Taal vulkanının bir kilometr kül sütunu püskürməsindən sonra 80 min nəfərdən çox əhalisi olan Batanqas vilayətinin üç yaşayış məntəqəsini təxliyə etməyə başlayıb.
ONN media bildirir ki, bu barədə "CNN Philippines" telekanalı bildirib.
Evakuasiya üç şəhərdə - San-Nikolas, Balete və Talisayda aparılır.
2015-ci ilə olan məlumata görə, onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edib.