SON DƏQİQƏ: İbadət edənlər güllələndi

SON DƏQİQƏ: İbadət edənlər güllələndi

Yəmənin Abyan vilayətindəki məsciddə qətliam törədilib. ONN media xəbər verir ki, silahlının ibadət zamanı insanlara atəş açması nəticəsində azı 6 nəfər həyatını itirib. 10-a qədər yaralı var. Məlumata görə, ölənlər arasında hadisəni törədən şəxsin atası da var. Polisin əməliyyatı nəticəsində silahlı nəzarətə götürülüb. Onun psixi problemləri olduğu deyilir. Bu üzdən hadisə terror aktı kimi dəyərləndirilmir.

Geri qayıt