SON DƏQİQƏ: 6,0 bal gücündə zəlzələ baş verdi

İndoneziya sahillərində 6.0 bal gücündə zəlzələ baş verib. ONN media bildirir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib. Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 16:58-də qeydə alınıb. Zəlzələnin episentri Şimali Sulavesi vilayətinin Molibaqu rayonundan 59 kilometr cənub-qərbdə Sulavesi adasında olub. Yeraltı təkanların ocağı 118 kilometr dərinlikdə yerləşib. Ölən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.