SON DƏQİQƏ: Türkiyə yenidən SİLKƏLƏNDİ, əhali küçələrə axışdı
Türkiyənin Manisa şəhərində daha bir zəlzələ qeydə alınıb. ONN media xəbər verir ki, yerli vaxtla saat 06:04-də 4 bal gücündə yeraltı təkan baş verib. Bölgədə gecə boyunca 3 və daha çox ballıq 6 zəlzələ olub. Sarsıntılar əhalini təşviş içində qoyub. Zəlzələnin baş verdiyi yerlərdə insanlar parklarda gecələyib.
