SON DƏQİQƏ: "Yüz ilin müqaviləsi"nin detalları açıqlandı

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün hazırlandığı iddia edilən “Yüz ilin müqaviləsi”nin detallarını açıqlayıb. ONN media bildirir ki, plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi olacaq. Tramp bildirib ki, planda Fələstin dövlətinin indiki ərazisinin 2 dəfə artırılması nəzərdə tutulur. “Fələstin müstəqil, suveren dövlət olacaq” deyən Tramp, prezident Mahmud Abbası planı dəyərləndirməyə çağırıb. “Ağ ev” rəhbərinin sözlərinə görə, Fələstin planı qəbul edərsə, Vaşinqtonun hər cür dəstəyini alacaq. Tramp bəyan edib ki, plan yüzminlərlə fələstinliyə iş imkanı yaradacaq.