Məmmədyarovla Mnatsakanyan görüşdü

Məmmədyarovla Mnatsakanyan görüşdü

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Tvitter səhifəsində məlumat paylaşıb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.

Geri qayıt