Paytaxtın bu ərazilərində su olmayacaq

Paytaxtın bu ərazilərində su olmayacaq

Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə ONN media-ya "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyib.

Geri qayıt