Azərbaycan və Ermənistan XİN başçıları arasında növbəti görüş keçirilir

Azərbaycan və Ermənistan XİN başçıları arasında növbəti görüş keçirilir

Bu gün Cenevrədə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşün növbəti mərhələsi keçirilir. ONN media xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub. Xatırladaq ki, dünən tərəflər arasında görüş 7 saat davam edib.

Geri qayıt