Koronavirus Böyük Britaniyada

Böyük Britaniyada koronavirusa yoluxma qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. Qeyd olunur ki, koronavirus İngiltərədə bir ailənin iki üzvündə aşkar edilib. Virusa yoluxanlar karantinə alınıb, onların vəziyyətinin sabit olduğu deyilir.
Böyük Britaniya koronavirusun qeydə alındığı 19-cu ölkə olub.