Şəmkirdə AĞIR QƏZA: betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı, sürücüsü...

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayonun Dələrcəyir kəndindən keçən hissəsində “KamAZ” markalı betonqarışdıran maşın minik maşını ilə toquşub.
Qəzadan sonra betonqarışdıran maşın digər avtomobilin üstünə aşıb. Minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.