Bu Avropa ölkəsi ABŞ-dan 32 ədəd yeni nəsil qırıcı alır

Polşa ABŞ-dan 32 ədəd “F-35” təyyarəsi alacaq. ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, bununla bağlı Polşa ilə 4,6 milyard dəyərində müqavilə imzalanıb. Təyyarələrin Polşaya nə vaxt təhvil veriləcəyi açıqlanmayıb.