Türkiyədə yenidən zəlzələ olub

Türkiyədə yenidən zəlzələ olub

Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda güclü zəlzələ baş verib.

ONN media xəbər verir ki, zəlzələ 3,5 bal gücündə olub və yerli vaxtla saat 19:37-də qeydə alınıb.

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib. Sakinlər təşviş içərisindədirlər.

Hadisə nəticəsində dağıntının, ölü və yaralıların olub-olmaması ilə bağlı ətraflı məlumat verilməyib.

Geri qayıt