Türkiyə yeni müharibəyə hazırlaşır?

Türkiyə Suriya sərhədinə hərbi texnika yığmaqda davam edir.
ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Türkiyənin müxtəlif bölgələrindən "Kirpi" hərbi texnikaları və raketləri daşıyan TIR-lar Qaziantep şəhərinin İslahiyə mahalına gəlib. Buradan isə hərbi texnikalar Hataya göndərilib.
TIR-ların Suriyadakı hərbi bazalara yerləşdiriləcəyi bildirilib.