Hava limanında təşviş
İspaniyanın paytaxtı Madriddəki “Baracas” Hava limanında pilotsuz uçuş aparatı panikası yaşanır.
ONN media xəbər verir ki,İspaniya Nəqliyyat Nazirliyi hava məkanında şübhəli dron təsbit edildiyi üçün uçuşları dayandırıb.
“Röyters”in xəbərinə görə, enişə hazırlaşan 26 təyyarə alternativ hava limanlarına yönləndirilib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
