Çində son vəziyyət necədir?
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.
Məlumata əsasən, indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, ölənlərin sayı isə 425 nəfərə çatıb.
Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21,5 min nəfərdir.
Qeyd edək ki, indiyədək 622 nəfər sağalaraq xəstəxananı tərk edib.
