Koronavirus daha bir ölkədə

Çinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib. Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib. Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib. Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir. Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib.