Bakıda yaşayış binasında yanğın
Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, şəhərin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin mətbəxində qabyuyan maşın, aspirator və mətbəx mebeli 0,5 p.m yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
