Gənc aparıcı DJ Emil qripdən ölüb? – Klinikadan açıqlama

Gənc aparıcı DJ Emil qripdən ölüb? – Klinikadan açıqlama

"Lider radio"nun keçmiş əməkdaşı DJ Emil vəfat edib. ONN media xəbər verir ki, bu barədə məlumatı tanınmış müğənni Murad Arif yayıb. Emilin ağır qızdırma, titrətmə ilə komaya düşdüyü və 3 gün Mərkəzi Klinikada qripdən yatdıqdan sonra dünyasını dəyişdiyi barədə yayılan məlumat isə təkzib edilib. Mərkəzi Klinikadan saytımıza bildirilib ki, klinikada Emil adlı şəxsin ölüm faktı qeydə alınmayıb: “Ümumiyyətlə, virusa tutulan şəxslər bizim klinikaya qəbul edilmir. Sözügedən radio aparıcısı bizim klinikamızda ölməyib”.

Geri qayıt