Türkiyədə təyyarə qəzası niyə baş verib?

Türkiyədə təyyarə qəzası niyə baş verib?

 Fevralda Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən hava limanında baş verən təyyarə qəzası ilə bağlı daha bir iddia ortaya atılıb.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, qəzaya uçuş-enmə zolağının standart ölçülərdən kiçik olmasının səbəb olduğu bildirilib.

İddiaya görə, qəzanın fəsadlarının böyük olması da buna görədir.

Qeyd edək ki, fevralın 5-də “Peqasus” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edib, daha sonra isə uçuş zolağından çıxaraq torpaq üstdə 40 metrə qədər sürünüb. Təyyarə 3 hissəyə parçalanıb və yanğın baş verib.

Geri qayıt