Bakı metrosunda qatarlar dayandı - SƏBƏB

Bakı metrosunda daha bir həyəcanlı an yaşanıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu dəqiqələrdə metronun "Nəriman Nərimanov" stansiyasında baş verib. Qatar stansiyaya yaxınlaşarkən bir nəfər özünü qatar relsinə atıb. Maşinist dərhal qatarı saxlayıb. Xətt cərəyandan ayrılıb və həmin şəxs qatar yolundan çıxarılaraq polisə təhvil verilib.