"Hər hansı pozuntu qeydə alınmayıb" - ATƏT PA-nın müşahidəçisi
"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq".
Secki-2020.az saytının xəbərinə görə, bunu açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.
Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır".
