PKK-çılar Türkiyə ordusuna təslim oldu

PKK/YPG terror təşkilatlarının üzvləri Türkiyə ordusuna təslim olublar. ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İraqın şimalında və Suriyadakı sığınacaqlardan qaçan 3 PKK/YPG terrorçusu Türkiyənin sərhəd-keçid məntəqələrində hərbçilərə təslim olub.