Prospektdə qəza baş verdi - TIXAC YARANDI

Prospektdə qəza baş verdi - TIXAC YARANDI

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib. ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb. Avtoqəza əsas yolun metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb. Bu səbəbdən də qeyd edilən yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Geri qayıt