Çinli həkimdən koronavirus açıqlaması

Yeni tip koronavirus COVİD-2019 zamanla xroniki xəstəlik halını ala və epidemioloji qrip kimi mövcud ola bilər.
ONN media xəbər verir ki, bu sözləri çinli ekspert Van Çen deyib.
O bildirib ki, yeni virus SARS kimi xroniki forma alaraq uzun müddət mövcudluğunu saxlaya bilər.
V.Çen bu ehtimalın tam real olduğunu və dünyanın bu duruma hazır olması gərəkdiyini vurğulayıb.