BDU-nun professoru VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Əli Əliyev vəfat edib.
ONN media xəbər verir ki, Əməkdar müəllim, professor Ə.Əliyev 82 yaşında dünyasını dəyişib.Qeyd edək ki, Ə.Əliyev 1938-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbəsində anadan olub. O, 1997-ci ildən BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri olub.//Report.az
