Yüzlərlə müştərisi olan hoteldə koronavirus aşkarlandı- NAZİRLİKDƏN TƏLİMAT

İspaniyanın Kanar adalarında fəaliyyət göstərən hotellərdən biri karantinə alınıb. ONN media xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb. Xəbərə görə, hotelin 1 müştərisində yeni tip koronavirus aşkarlanıb. Bundan sonra müştərilər məkandan dərhal təcrid edilib. İspaniya Səhiyyə Nazirliyi hoteldə qalan yüzlərlə insandan qan analizləri götürülməsi haqqında təlimat verib.