Bir neçə gün içində onlarla insan can verdi - Aksiyalar yenidən başladı

Hindistanda Pakistan, Əfqanıstan və Banqladeşdən gələn 6 dini qrupa məxsus insanlara vətəndaşlıq almaq üçün yol açan, lakin eyni üstünlükdən müsəlmanları məhrum edən “Vətəndaşlıq haqqında” qanuna qarşı baş qaldıran etiraz aksiyalarında təkcə paytaxt Yeni Delhidə fevralın 23-dən bu günə qədər 35 nəfər ölüb. ONN media xəbər verir ki, ötən gün Milli Təhlükəsizlik üzrə müşavir Acit Dovalın Yeni Delhidə bazar günündən bəri davam edən aksiyalarda zorakılıqların yaşandığı bölgələri ziyarət etdikdən sonra “hər şey qaydasındadır” açıqlamasını verməsindən sonra iğtişaşlar yenidən başlayıb. 130 etirazçı həbs olunub. Sosial mediada yayılan bir videoda üzüstə yerdə yatan müsəlmanın onlarla insan tərəfindən “Tanrı Rama salam olsun” şüarları ilə döyüldüyü əks olunub. Qeyd edək ki, Hindistanda 2019-cu ilin sonlarından bəri davam edən etiraz aksiyalarında polislə və irqçilərlə etirazçılar arasında yaşanan insidentlərdə 58 nəfər dünyasını dəyişib.