Rusiya təyyarələri endirsin- ABŞ-dan sərt reaksiya

Rusiya təyyarələri endirsin- ABŞ-dan sərt reaksiya

İdlibdən gələn xəbərlər ürəkbulandırıcıdır. Böhranın sona çatması üçün Rusiya təyyarələri dərhal endirməlidir.

ONN media xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft deyib.

“Əsəd rejiminin hücumları nəticəsində xeyli dinc sakin ölür, ailələr uşaqlarını isidə bilmək üçün paltarlarını yandırır, gecələmək üçün xəndəklər qazılır, körpələr donaraq ölür”, - deyə bildirib.

Qeyd edək ki, ötən gün Suriya ordusunun hücumu nəticəsində İdlibdə 22 türk əsgəri şəhid olub.

Geri qayıt