İranda koronovirusa yoluxanların yerləşdiyi xəstəxana yandırıldı - DƏHŞƏT

İranın cənubunda Bender Abbas şəhərində koronavirusa yoluxanların yerləşdiyi xəstəxana yandırılıb. ONN media xəbər verir ki, camaat koronovirus xəstələrinin digər xəstələrlə eyni otaqlarda saxlanıldığı xəbərindən sonra küçələrə axışıb. Etiraz edənlər xəstəxana binasına od vuraraq, yandırıblar. İran rəsmiləri isə bu xəbəri təkzib edib.